|
|
AGMA-nın təqdim etdiyi “Gencmuellim.az” platforması davamlı öyrənmə imkanı yaradırBakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təqdimatı olub. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə BDU-nun məlumatında bildirilib. Təqdimat zamanı müxtəlif bölgələrdə çalışan gənc müəllimləri özündə birləşdirən AGMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ildən dövlət qeydiyyatına alınan AGMA gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradır, innovativ inkubasiya imkanlarını təbliğ edir. AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir. Qurumun sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib. Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda platformada 3.500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2022 11:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |