|
“İnnoMEDİA” layihəsində iştirak üçün qeydiyyat başladıMEDİA Agentliyi yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət yeni “İnnoMEDİA” layihəsinə başlayır Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) mətbuata verilən açıqlamada bildirilib. Medianın qlobal şəbəkəyə inteqrasiya prosesi müxtəlif texnologiyaların vahid platformada birləşməsi və nəticədə yeni məhsulların formalaşması, eləcə də informasiyanın, eyni zamanda, bir mənbədən müxtəlif üsul və texniki vasitələrlə yayılması prosesidir. Rəqəmsal reallıq şəraitində zaman-məkan sərhədsizliyinin, media məkanında hibrid hücumların tez-tez müşahidə edildiyi bir dövrdə rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması, bilik və bacarıqlara yiyələnməsini vacib edir. Açıqlamada bildirilib ki, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsi məqsədilə MEDİA yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət yeni “İnnoMEDİA” layihəsinə başlayır. Son müraciət tarixi: 16.12.2022
Ətraflı məlumat və müraciət üçün link
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |