|
Ermənistan Azərbaycanın mədəni sərvətlərini talayıbOtuz ilə yaxın müddətdə dünya birliyi münaqişənin Azərbaycan üçün ağır nəticələrini aradan qaldırmaq istiqamətində təsirli tədbirlər görmədi. Azərbaycan bunu öz gücü hesabına həll etdi. Münaqişələr olan yerdə ədalətsizliklər hökm sürür. Dünyanın qəbul etdiyi ədalət dəyərlərində aşınmalar meydana gəlir. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib. Baş nazirin müavini bildirib ki, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası qəbul edilib. Müstəqilliklərini bərpa etmiş Azərbaycan və Ermənistan 1993-cü ildə bu Konvensiyaya qoşulub, onun öhdəliklərini öz üzərilərinə götürüb. Amma təəssüf ki, Ermənistan işğal dövründə Azərbaycanın mədəni sərvətlərini talayıb. 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra azad edilən şəhər və rayonlarda erməni vandalizminin izlərinin bir daha şahidi olduq. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov konfransda çıxışı zamanı söyləyib ki, Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində mədəniyyətimiz geri döndü. Şuşanın mədəniyyət paytaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib. Azad olunan ərazilərdə monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb. “Ermənistan bununla Qarabağda qeyri-qanuni cinayət əməlləri törədib. Bu abidələrdən 178-i yeni aşkar olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin də monitorinqi aparılıb”, - deyə nazir vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2022 11:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |