|
|
“Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlanıbAzərbaycan Respublikası Prezidentinin Zəngilan Rayonu Xüsusi Nümayəndəliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlanıb. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Gənclər Fondundan mətbuata verilən açıqlamada bildirilib ki, proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi və mədəni irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir. Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Zəngilan rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Son müraciət tarixi 15 yanvar 2023-cü ilə qədərdir. Seçilmiş gənclərin müvafiq təlim və hazırlıq keçdikdən sonra Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar. Xatırladaq ki, bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Ağdam Könüllüləri” və “Şuşa Könüllüləri” qrupu fəaliyyətə başlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |