إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistani-"Əli siah tuta bilən hər bir vətəndaş orduya qatılaraq ölkəsini qorumalıdır!"

Ahlibeyt az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə Məraceyi Təqlid müctəhidlərindən olan Ayətullah Seyyid Əli Sistani İraq xalqına sələnərək vətənlərini qorumaq üçün cihad fətfası verib.Ölkənin məscidlərində oxunan Cümə xütibələrində,xüsusən Kərbəlada olunan çağırışlarda böyük şövq yaratdı.İnsanlar Ayətullah Sistaninin çağırışına "ləbbeyk" deyərək ölkənin ordu birliklərinə qatılmağa başladılar.

Kərbəla cümə imamı və Ayətullah Sistanin təmsilçisi olan Şeyx Abdulmehdi Kərbəlayi tərəfindən oxunan çağırışda deyilir:

"Əli Silah tuta biləcək olan vətəndaşlar ordu güclərinə qatılaraq xalqını və ölkəsini qorumalıdır.Bu onların ən müqəddəs borclarıdır.Kim həyatını bu amal uğrunda fəda etsə müqəddəs  şəhidlik zirvəsinə yetişəcək."

Ayətullah Seyyid Əli Sistaninin Kərbəla vəkili və İmam Hüseyn Türbəsi Baş katibi Əllamə Abdulmehdi Kərbəlayi daha sonra qeyd etmişdir ki,"Əhli-Beyt düşmənləri yenə səhnədədir. Elə bir zamandayıq ki,Bədr və Xeybərin nifrəti dirilmişdir.Əli silah tutan hər kəs terrorizmə qarşı müqəddəs savaşda yer almalıdır.Bu savaşda öldürülənlər şəhitdir.İraq ordusu da cəsarət göstərməlidir.İraqlı siyasətçilər orduya dəstək olmalıdırlar və güclərini birləşdirməlidirlər.

Ayətullah Sistaninin müdafiə cihadı çağırışına İraqın sünni camaatının müftisi və Bəsrənin sünni alimləri də dəstək veriblər.

Qeyd edək ki,son günlər müxtılif ölkə vətəndaşlarından formalaşmış İŞİD təkfirçi terrorçu qruplaşması İraq ərazisində irimiqyaslı əməliyyatlar keçirərək yüzlərlə insanın həyatına son qoymuş,bir neçə şəhəri ələ keçirərək bütün ölkə boyu hakimiyyəti ələ keçirəcəyi ilə təhdid etmişdir.İraqın Ordu,Hava hücumundan Müdafiə və təhlükəsizlik qüvvələri tam düyüş vəziyyətinə çağrılaraq səfərbərlik elan olunmuşdur.

 

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!