|
• DünyadaŞeyx Qərdavinin müdafiə etdiyi İŞİD-ə qarşı İraq "Sünnü Alimlər Birliyi" və Əl-Əzhər dini mərkəzi cihad elan etdi Dünya Müsəlman Alimlər Birliyi kimi tanınan təşkilatın liderlərindən olan, dünyada və xüsusən müsəlman aləmində baş verənlərə özünəməxsus yanaşma tərzinə malik Şeyx Yusif Qərdavi İraqda baş verən hadisələri ictimai narazılığın təzahürü kimi qiymətləndirərək İŞİD-ə qarşı müsəlmanların birləşməsini lüzumsuz hesab etdiyini dilə gətirmişdir.
Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə Yusif Qərdavi Ayətullah Sistaninin İraq xalqının müdafiə cihadından narahat olaraq müsəlmanların İŞİD və ona bənzər təşkilatlara qarşı birləşməsinə ehtiyac duyulmamasını bildirərək İraqda və regionda baş verənlərin xalq hərəkatı olduğunu və bundan heç bir dinc sakinin zərər görmədiyini qeyd etmişdir.
Qətərdə sürgün həyatı yaşayan Misirli alim bundan əvvəl də Misir,Liviya,Tunis və xüsusən Suriyada baş verən siyasi və ictimai hadisələrlə uzlaşmayan fətvaları ilə məhşur olmuşdur.Bu fətvalar region xalqlarından daha çox alimin sığınacaq tapdığı ölkənin yeritdiyi siyasi baxışları ilə üst-üstə düşməsi artıq heç kəsdə şübhə öyatmır.
Bu arada İraq mediasının yaydığı xəbərə görə İraq Sünnü Alimlər Təşkilatı İŞİD-ə qarşı cihada çağırış etmişdir.İraq Alimlər Təşkilatının Baş Katibi Şeyx Xalid Əl Mulla ölkə vətəndaşlarını terrorçu İŞİD silahlı qruplaşmasına qarşı mübarizəyə çağırmışdır.
Son məlumatlara görə Misirin Əl-Əzhər dini mərkəzi də məzhəbindən aslı olmayaraq bütün İraq xalqını İŞİD-ə qarşı birləşərək mübarizə aparmağa çağırış etmişdir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2014 17:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |