
Dünya Müsəlman Alimlər Birliyi kimi tanınan təşkilatın liderlərindən olan, dünyada və xüsusən müsəlman aləmində baş verənlərə özünəməxsus yanaşma tərzinə malik Şeyx Yusif Qərdavi İraqda baş verən hadisələri ictimai narazılığın təzahürü kimi qiymətləndirərək İŞİD-ə qarşı müsəlmanların birləşməsini lüzumsuz hesab etdiyini dilə gətirmişdir.
Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə Yusif Qərdavi Ayətullah Sistaninin İraq xalqının müdafiə cihadından narahat olaraq müsəlmanların İŞİD və ona bənzər təşkilatlara qarşı birləşməsinə ehtiyac duyulmamasını bildirərək İraqda və regionda baş verənlərin xalq hərəkatı olduğunu və bundan heç bir dinc sakinin zərər görmədiyini qeyd etmişdir.
Qətərdə sürgün həyatı yaşayan Misirli alim bundan əvvəl də Misir,Liviya,Tunis və xüsusən Suriyada baş verən siyasi və ictimai hadisələrlə uzlaşmayan fətvaları ilə məhşur olmuşdur.Bu fətvalar region xalqlarından daha çox alimin sığınacaq tapdığı ölkənin yeritdiyi siyasi baxışları ilə üst-üstə düşməsi artıq heç kəsdə şübhə öyatmır.
Bu arada İraq mediasının yaydığı xəbərə görə İraq Sünnü Alimlər Təşkilatı İŞİD-ə qarşı cihada çağırış etmişdir.İraq Alimlər Təşkilatının Baş Katibi Şeyx Xalid Əl Mulla ölkə vətəndaşlarını terrorçu İŞİD silahlı qruplaşmasına qarşı mübarizəyə çağırmışdır.
Son məlumatlara görə Misirin Əl-Əzhər dini mərkəzi də məzhəbindən aslı olmayaraq bütün İraq xalqını İŞİD-ə qarşı birləşərək mübarizə aparmağa çağırış etmişdir