إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada İmam Mehdi (ə.f) mövludu möhtəşəm şəkildə qeyd olunub (fotolent)

Moskvada müsəlmanların 12-ci imamı İmam Mehdi (ə.f) mövludu günü təntənəli şəkildə qeyd olunub. Bayram şənliyi Ostankino teleqülləsində yerləşən “Korolevski” konsert zalında baş tutub. Moskva möminləri tərəfindən təşkil olunan şənlikdə minə yaxın mömin iştirak edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə  Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilib, "Qurani-Kərim"dən ayələr oxunub.

Tanınmış ilahiyyatçı Ağa Rəşid Talıblı deyib ki, imam Mehdi(ə.f)nin gəlişi və dünyanı ədalətlə idarə edəcəyi heç bir müsəlman təriqətində mübahisə yaratmır, mübahisə yalnız dünyanın xilaskarının nə zaman, nə vaxt Allahın iznilə yer üzərinə zühür etməsindədir. O, möminləri bayram münasibəti ilə təbrik edib, müsəlmanları birliyə, əmin amanlığa, dövrlərinin imamlarına layiq olmağa səsləyib.

Ağa Rəşid Talıblı çıxışında Azərbaycan xalqının dərdi  Qarabağ probleminə də toxunub. Müsəlmanların, Azərbaycan möminlərinin birliyinin əhəmiyyətini qeyd etdi: “Əgər bizlər bir olsaq, o zaman xalqımız da güclü olar, işğal altında olan torpaqlarımızı azad edərik, gələn bayramları, məhz, Şuşada, Xankəndidə qeyd edərik”, deyə ilahiyyatçı nitqini sona yetirdi.

Bayram tədbirində çıxış edən Azərbaycandan gəlmiş “Nur” ilahi qrupunun ifası isə qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı. İmam Mehdi haqqında şeirlər deyildi, mahnılar səslənib qəlblər oxşandı.

Tədbirdə qonaqlar qarşısında çıxışçılar İmam Mehdi (Ə), bəşəriyyətin xilaskarı haqqında qonaqlara məlumat verdilər, onun həyat yolundan, imamliq dərəcəsindən islam dünyasında tutduğu mövqeyindən danışdılar. İmamın dünyanın sonuna bir gün qalmış belə zühr edəcəyini və ədaləti yer üzərində bərpa edəcəyini bildirdilər.

“Nur” ilahi qrupunun üzvü Rəhim Dərviş SalamNews-ə bildirdi ki, Əhli-beyt hər zaman qalib olub: “Moskvada bu cür şənliklərin keçirilməsi ürək açandır. Əhli-beyt tərəfdarlarının həmişə qalib olduqlarını demək istərdim. Tarixdə çətinliklərlə üzləksəkdə qalib olan ancaq Əhli-beytdir. bir daha hər kəsin bayramı mübarək olsun.”

Tədbirin ən maraqlı hissələrindən biri İnteraz telekanalının İmam Mehdi (ə) haqqında təqdim etdiyi video çarx oldu.

Bayram şənliyi qonaqların müsəlmanların 12-ci imamı İmam Mehdi (ə) haqqında bilgi yarışması ilə sona yetdi. İmamın həyatından, fəliyyətindən, şəriətdən verilən sualları düzgün cavablandıran möminlər viktorinanın qalibləri oldular və onalara qiymətli hədiyyələr təqdim edildi.

Bayram şənliyinin ən balaca qonaqları da bayram sovqatları aldılar, uşaqlara oyuncaqlar paylandı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2014  11:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!