إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam mübarək Rəcəb ayı daxil olur - Ayın əməlləri

Rəcəb ayının əməlləri

Həzrət Məhəmməd (s) buyurub: “Rəcəb Allahın ayı, şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”.

Bu axşam Yanvarın 1-dən 2-nə keçən gecə şam azanı zamanı qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur.

Həzrəti Məhəmməd(s) buyurur: "Rəcəb ümmətimin istiğfar ayıdır"

Hər kəs bu ayda bir gün oruc tutsa Allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Peyğəmbər(s) buyurur ki, bu ay istiğfar (Allahdan bağışlanma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət daha çox nazil olur,bu ayda "Əstəğfirullahə və əs'əluhut tövbə"zikrini çox deyin.

Rəvayət olunur ki, Allahın rəsulu həzrəti Məhəmməd(s) Rəcəb ayının hilalını gördükdə bu duanı oxuyur:

للّٰهُمَّ بارِكْ لَنا فِي رَجَبٍ وَشَعْبانَ، وَبَلِّغْنا شَهْرَ رَمَضانَ، وَأَعِنَّا عَلَى الصِّيامِ، وَالْقِيامِ، وَحِفْظِ اللِّسانِ، وَغَضِّ الْبَصَرِ، وَلَا تَجْعَلْ حَظَّنا مِنْهُ الْجُوعَ وَالْعَطَشَ

Allahummə barik ləna fi rəcəbin və şəbanə və baliğna şəhrə ramazan və əinna əlassiyami və qiyami və hifzillisani və ğəssil bəsəri və la təc`əl həzzənə minhul cuə vəl ətəşə

İlahi, bizi Rəcəb və Şəban aylarının bərəkətini nəsib et və bizi Ramazan ayına çatdır və Ramazanda oruc tutmağa, gecələr oyaq qalmağa, dilimizi qorumağa , gözlərimizi yummağa kömək et, bizi (Ramazan ayının) aclıq və susuzluğundan bəhrələndir.

Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:

Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə və gündüz namazlardan sonra bu duanı oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ‏] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ

“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”

Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)

Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:

يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı‎‎ (üzümü) oda – cəhənnəm oduna!)

Bu ayın xüsusi əməlləri ilə Şeyx Abbas Quminin "Məfatuhul-Cinan" külliyatına müraciət edə bilərsiniz.

Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır.

Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri

1. Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur.

2. Bəzi alimlərin dediyinə əsasən qüsl etmək lazımdır. Peyğəmbərdən (s) nəql olunur ki, hər kim Rəcəb ayına daxil ola və ayın əvvəlində, ortasında və axırında qüsl ala, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.

3. İmam Hüseyni (ə) ziyarət etmək.

4. Məğrib namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.

5. İşa namazından sonra iki rükət namaz. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə La ilahə illəllah demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, bütün günahları silinər.

6. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.

7. Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhb ibn Vəhb İmam Sadiqdən(ə), o da Əmirəlmöminin Əlidən(ə) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, ehya saxlayıb ibadətə məşğul olardı. Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinin gecəsi, Fitr və Qurban bayramlarının gecələrini. İmam Məhəmməd Cavadın(ə) belə buyurduğu nəql olunur; Bu duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir:

 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي‏] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي

Əllahummə inni əs`əlu­kə bi­ən­nəkə məlik, və ənnə­kə əla kul­li şəy`in muqtə­dir, və ən­nə­kə əla ma təşau min əmrin yə­kun, Əllahum­mə inni ətəvəc­cə­hu iləykə binəbiyyikə Mu­həm­mədin nə­biy­­yir rəhməh, səl­ləl­la­hu ə­ləyhi və alih, ya Mu­həm­mə­du ya rəsuləllah, in­ni ətə­vəc­cəhu bikə iləllahi rəb­bi­kə və rəbbi, liyuncihə (ila) bi­kə təli­­ti, Əllahummə bi­nə­­biy­yikə Mu­həmmədin vəl əim­məti min əhli bəytih, səl­ləllahu ələyhi və ələy­him əncih təlibəti.

İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!

Sonra öz hacətlərinizi diləyin! (Mənbə: Məfatihul-cinan kitabı, Rəcəb ayının əməlləri bölməsi)

Rəcəb ayının əməlləri

Hər kəs bu ayda bir gün oruc tutsa Allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Peyğəmbər(s) buyurur ki, bu ay istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət daha çox nazil olur,bu ayda "əstəğfirullahə və əs'əluhut tövbə"zikrini çox deyin.

İmam Kazım(ə)buyurur: Hər kəs bu ayda bir gün oruc tutsa Allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Rəcəb ayının ilk gecəsindən gününə keçən gecə bu duanı oxumaq tövsiyə edilmişdir: "Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan" (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".

Rəcəbin 15-ci gecəsində 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.

İslam təqvimində ən fəzilətli  gecələrdən olan Leylətul Rəğaib - Rəğaib gecəsi bu ayın ilk  cümə gecəsinə təsadüf edir.Bu günün səhəri ( cümə axşamı günü) oruc tutulur gecə daxil olduqdan sonra (Şam azanından işaya qədər) 12-rikətlik xüsusi namaz qılınır(bu barədə saytımızda əlavə məlumat veriləcək).

Rəcəb ayının 27-nə təsadüf edən "Məbəs" gecəsinin xüsusiyyət və əməlləri barədə saytımızın Rəcəb ayı bölməsində məlumat əldə edə bilərsiniz.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Yanvar, 2025  10:25 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!