إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam mübarək “Məbəs” gecəsi daxil olur - Fəzilət və əməlləri

Məbəs bayramı - 27 Rəcəb. Məbəs gününün əməlləri

Bu axşam 7-fevral şam azanı zamanı qəməri təqvimi ilə Rəcəb ayının 27-i daxil olur. Rəcəb ayının 27-ci günü mübarək Məbəs bayramı qeyd edilir.

"Məbəs" bayramı – Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür.

Həmin günün səhər çağlarında əziz İslam Peyğəmbərinə (s) ilk vəhy nazil olub. Məbəs(Besət) gecəsi ilin ən fəzilətli gecələrindən, günü isə - ən fəzilətli günlərindəndir.

İmam Muhəmməd Təqi (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”.

Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən tərcümədə "ucaltmaq", "yüksəltmək" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.

Məbəs gecəsinin əməlləri:

Bu gecənin müstəhəbb əmllərindən biri qüsl almaqdır.

Şeyx Tusi "Misbah" kitabında İmam Cavadın (ə) belə buyurduğu nəql edir: "Rəcəb ayında elə bir gecə var ki, həmin gecə Günəşin üzərinə saçdığı bütün yaranmışlardan daha xeeyirlidir və o, Rəcəb ayının 27-ci gecəsidir.

Həzrəti Məhəmməd Peyğəmbər (s) məhz bu gecənin səhəri peyğəmbərliklə vəzifələndirilib. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir".

O Həzrətdən soruşdular: "O gecədə hansı əməlləri yerinə yetirmək yaxşıdır?" Həzrət buyurdu: "İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə "Həmd" surəsindən sonra axırda olan kiçik surələrdən (Mərhum Şeyx Qummi bunu "Muhəmməd" surəsindən sonra axıra qədər olan surələr kimi açıqlayıb) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin sonunda yeddi dəfə "Həmd", "Fələq", "Nas", "İxlas", "Kafirun", "Qədr" surələrini və "Ayətəl-kürsi"ni oxumaq lazımdır.

Bunların ardınca oxuduqdan sonra isə, aşağıdakı duanı oxumaq tövsiyə olunub:

Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, vələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əs'əlukə bimə aqidi izzikə əla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl ə'əzəmil ə'zəm, əl əzəm və zikrikəl ə'ələl ə'ələl ə'əla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təf'əla bi ma əntə əhluh.

ألْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَعَلَى اَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَبِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ، الاْعْظَمِ وَذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَبِکَلِماتِکَ التّامّاتِاَت تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ

3. Bu gecəninən ən fəzilətli əməllərindən biri də Həzrət Əlinin (ə) ziyarətidir.

Məbəs gününün əməlləri

Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq:

- Qüsl almaq.

- Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.

İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.

- Peyğəmbər və Əhlibeytə(ə) çox salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun    Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.

- Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.

Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra  bu duanı oxunulur:

اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ

یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى

شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،

یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،

اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،

وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ

عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ

عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ

Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələda və ləm yəkun ləhu ؛ərikun fil mulk,

və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira,

ya uddəti fi muddəti ya sahibi fi ‏iddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti,

ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyə fi vəhdəti, ya unsi fi vəh‏əti,

əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu

və əntəl mun'i‏u sər'əti, fələkəl həmdu, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur

əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz

ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.

Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

Məbəs gecəsinin və gününün əməlləri barədə daha müfəssəl şəkildə Şeyx Abbas Qummunin “Məfatihul-Cinan” kitabından məlumat əldə edə bilərsiz.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2024  11:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!