إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"İŞİD" terrorçuları İraqı tərk edib

İraq ordusunun hava və qurudan keçirdiyi əməliyyatlar "İŞİD" terror qruplaşmasını Neynəva vilayətindən çıxmağa məcbur edib.

Ahlibeyt.az-ın Azadxeber.net-ə istinadən məlumat verir ki, İraq xüsusi təyinatlıları İrandan gəlmiş İnqilab Keşikçilər Korpusunun əsgərləri və yerli könüllülərin dəstəyi ilə yüzlərlə terorçunu Mosul, Tikrit və Kərkükdən çıxarıblar.
İraqın xarici işlər naziri Xoşyar Zəbari də "İŞİD"ə qarşı keçirilən əməliyyatdan sonra terrorçuların Mosul və digər bölgələrdən çıxdığını təsdiqləyib. Bölgədən qaçan terrorçualrın Mosuldan 125 km aralıda olan Suriyanın Rəbiyə şəhərinə getdikləri açıqlanıb.

İraq mətbuatı xəbər verir ki, bu günlərdə "İŞİD" vəhhabi terrorçularına qarşı əməliyyatlarda minlərlə gənc könüllü kimi iştirak edir. Təkcə Vasit vilayətindən 7 min könüllü İraq ordusuna qatılıb. Bundan əlavə 20 min ordu Kərbəla şəhərinin təhlükəsizliyini qorumaq üçün döyüşə hazır vəziyyətə gətirilib.
İraq ordusunun Bəsrədəki ordu komandiri bildirib ki, şəhərdə qarşıdurmalar zamanı "İŞİD"ə bağlı 21 terrorçu məhv edilib.

"The Times" qəzeti yazır ki, İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandanı general Qasim Süleymani İraqa daxil olub. Onun başçılıq etdiyi 150 nəfərdən ibarət xüsusi təyinatlılar Mosul şəhərinin azad olunmasında yaxından iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2014  12:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!