إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman məktəb İngiltərənin ən yüksək göstəricisi olan məktəbləri sırasında yer aldı

İngiltərənin lankşir qraflığının Nelson şəhərində açılmış Əl-İxlas ibtidai sinif məktəbi Cəmi dörd il əvvəl fəaliyyətə başlamasına baxmayaraq təhsil orqanlarının keçirdiyi yoxlamalar nəticəsində islam və dünyavi tədris proqramlarının yanaşı keçirilməsində əldə etdikləri nəaliyyətlərə görə yüksək göstərici ilə qiymətləndirilmişdir.

Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə  Məktəbin İdarə heyətinin Sədri İmaran Əşrəf məktəbin müəllim,şagird və valideyn heyətinə müraciət edərək onları bu uğurlarına görə təbrik edərək qeyd etmişdir ki.əldə olunan bu nailiyyət bərabər fəaliyyətlərinin nəticəsidir.

Son aylar Britaniya hökuməti mütəmadi olaraq müsəlman məktəblərində yoxlamalar apararaq onlarda "sələfi izlərinin"axtarılmasına başlamışdır.Bu yoxlamalar nəticəsində əldə olunan məlumatlara görə elan olunmuşdur ki,dini yönümlü Əl-İxlas məktəbinin tədris göstəriciləri bir çox Birmengem məktəblərinin bütövlükdəki göstəricilərindən belə üstündür.

Əl-ixlas məktəbində 4-11 yaş arası uşaqlar təhsil alır.Onlar Britaniya təhsil sisteminin müəyyən etdiyi tədris proqramı ilə yanaşı ərəb dilini,müqəddəs Quran və islam elmlərinə yiyələnirlər.

Qeyd edək ki,2011 ci ildə ilk yoxlama zamanı məktəb "yaxşı"balla qiymətləndirilmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2014  16:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!