|
• DünyadaİŞİD Samirənin cənubunda bir qəsəbəni ələ keçiribİraqın Neynəva, Səlahəddin, Diyala və Kərkük əyalətlərində ötən gün və bu gecə qarşıdurmalar baş verib.
Ahlibeyt.az-ın Salamnew-a istinadla verdiyi xəbərə görə, təkfirçi "İraq və Şam İslam Dövləti" (İŞİD) təşkilatının silahlıları Samirə şəhərinin cənub qərbində yerləşən əl-Mötəsim qəsəbəsini nəzarətə götürüb. Əsasən, türkmən şiələrinin yaşadığı Tələfrirdə isə qarşıdurmalar hələ də davam edir. Burada ordu radikal təkfirçi silahlılara ağır zərbələr endirsə də, şəhər tam hökumət qüvvələrinin nəzarətinə keçməyib. Ölkənin şimalındakı Beyci neft emalı zavodu ərazisində də döyüşlər davam edir. "Sumaria" telekanalının məlumatında Tikrit və Səlahəddində DAİŞ-in tanınmış liderlərinin öldürüldüyü deyilir. "Womensenews" xəbər verir ki, İraqın İŞİD terrorçuları tərəfindən nəzarətə götürülmüş Mosul şəhərində qadınların vəziyyəti acınacaqlıdır.
Bu barədə İraq Qadın Azadlıqları Təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, Mosulda yaşayan qadınlar evlərindən qaçırılır, təcavüz edilir və "cihad nigahı"na məcbur edilir. Təşkilat son bir həftə ərzində 18 belə fakt aşkarlayıb.
Həqiqətdə isə bu cinayətlər göstəriləndən qat-qat çoxdur. Iraq mənbələrinin yaydığı digər məlumatlarda Səlahəddin və Bağdat əyalətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 70 terrorçunun məhv edilməsi bildirilir. Bələd şəhərinin şimalında Hava Hücumudndan Müdafiə qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-ə mənsub hərbi texnika və 50-dən artıq terrorçu məhv edilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2014 11:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |