
İraqın Neynəva, Səlahəddin, Diyala və Kərkük əyalətlərində ötən gün və bu gecə qarşıdurmalar baş verib.
Ahlibeyt.az-ın Salamnew-a istinadla verdiyi xəbərə görə, təkfirçi "İraq və Şam İslam Dövləti" (İŞİD) təşkilatının silahlıları Samirə şəhərinin cənub qərbində yerləşən əl-Mötəsim qəsəbəsini nəzarətə götürüb.
Əsasən, türkmən şiələrinin yaşadığı Tələfrirdə isə qarşıdurmalar hələ də davam edir. Burada ordu radikal təkfirçi silahlılara ağır zərbələr endirsə də, şəhər tam hökumət qüvvələrinin nəzarətinə keçməyib.
Ölkənin şimalındakı Beyci neft emalı zavodu ərazisində də döyüşlər davam edir.
"Sumaria" telekanalının məlumatında Tikrit və Səlahəddində DAİŞ-in tanınmış liderlərinin öldürüldüyü deyilir.
Həqiqətdə isə bu cinayətlər göstəriləndən qat-qat çoxdur.