إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Minarəsinin hündürlüyü 300 metr olacaq dünyanın üçüncü böyük məscidinin açılışı təxirə salındı

Məscidul-Həram və Məscidun-Nəbidən sonra dünuyanın üçüncü böyük məscidi sayılır. Təməli Iki il əvvəl qoyulan  məscidn 48 ay müddətində təhvil verilməsi qərara alınsa da, bəzi problemlər buna icazə verməyib.

Əlcəzairdə dünyanın üçüncü böyük məscidinin açılışı təxirə salındı.20 hektar ərazidə inşa edilən bu məscid 120 min insanın eyni zamanda ibadət etməsi üçün nəzərdə tutulub.Afrika qitəsinin ən hündür qülləsi də məhz bu məscidin minarəsidir minarənin ümumi hündürlüyü 300 metrdir və ziyarətçilərin ora qalxması üçün 8 ədəd sürətli liftlər quraşdırılacaq. Məscidə gələnlər üçün 2000 nəfərlik kitabxana,sənət muzeyi və araşdırma mərkəzi,həmçinin ibadətə gələnlərin rahatlığı üçün 6000 avtomobil üçün dayanacaq tikilir.

Ahlibeyt.az-ın shabestan-a istinadən verdiyi məlumata görə, Əlcəzairin dini işlər naziri Məhəmməd İsa dedi: Əlcəzair məscidinin iki il bundan qabaq başlanan tikintisi cari ildə sona çatırılmalı idi, lakin bəzi problemlər üzündən məscidin tikinti icraçı şirkəti işə yeddi ay gec başladı. Buna görə də məscidin açılışı bir az təxirlə baş tutacaqdır.

Bu məscid Məscidul-Həram və Məscidun-Nəbidən sonra dünuyanın üçüncü böyük məscidi sayılır. Məscidn 48 ay müddətində təhvil verilməsi qərara alınsa da, bəzi problemlər buna icazə verməyib.

Nazir bildirmişdir ki, indiyə kimi məscidin tikintisində yubanmalar olduğundan məscidin 2016- cı ildə təhvil verilməsi mümkün olacaqdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2014  14:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!