إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD silahlıları Mosuldakı tarixi abidə və heykəlləri dağıdıblar (FOTO)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına məxsus silahlıların dağıtdığı tarixi abidələr arasında İraqın iki əsr əvvəl yaşamış tanınmış musiqiçi Osman əl-Mosuli və Abbasi xilafəti dövründə yaşamış tanınmış şair Əbi-Təmmamın heykəlləri də var.

 

Ahlibeyt.az-ın Salamnews agentliyinə istinadla verdiyi xəbərə görə,İŞİD üzvləri Mosula daxil olduqdan sonra XII əsrdə yaşamış filosof, tarixşünas və “əl-Kamil fit-Tarix” əsərinin müəllifi ibn-Əsir və digər taınmış alim İbnul-Cəzərinin məqbərələrini dağıdıblar.

Kərkükün cənubunda “İmam Rzanın məqamı” adlı məscidə də sözügedən təşkilat silahlıları tərəfindən basqın və hücumlar təşkil edilib. Lakin onların hücumu yerli camaatın müqaviməti sayəsində nəticə verməyib.

Bundan əvvəl amansız təkfirçilərin Danyal (ə) və Yunis (ə) peyğəmbərlərin Mosulda yerləşən məqbərələrinə basqın etmələri təhlükəsizlik mənbələri və yerli camaat tərəfindən təsdiqlənib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2014  11:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!