|
• Dünyada“İraq Şam İslam Dövləti” silahlı qruplaşması Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib MTN-in sözçüsü: “Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”
“İraq Şam İslam Dövləti” silahlı qruplaşması Azərbaycan və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, silahlı qruplaşma üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində “islam dövləti”ni quracaqlarını bəyan ediblər.
Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər. Təsvir olunmuş xəritənin və bayrağın üstündə isə Məhəmməd peyğəmbərin möhürü əks olunub.
Möhürün üstündə ərəb dilində “Lə iləhə illəllah”, möhürün içərisində isə “Muhəməddən rəsulullah” ifadəsi yazılıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.
Qeyd edək ki, İŞİD Suriya və İraqda çoxsaylı terror aktları,quldurluq və dinc sakinlərə qarşı amansız vəhşillər həyata keçirir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2014 12:44 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |