إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ-nin Gürcüstan Nümayəndiliyi azərbaycanlı şagirdlərə kompüter hədiyyə verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan Nümayəndiliyi bu ölkədə məktəbi bitirmiş azərbaycanlı şagirdlərə kompüter hədiyyə edib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə müxtəlif regionlardan gəlmiş alimlərin, ziyalıların, ictimiayyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən QMİ-nin Gürcüstan Nümayəndiliyinin rəhbəri Hacı Əli Əliyev şagirdləri təbrik edib. O deyib ki, yer üzündə insanlığı elmə sövq edən və elm təhsilini ibadət qəbul edən yeqanə din, İslam dinidir. Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir.

Sonra idarənin nümayəndəsi Hacı Eyvaz Mərdanov çıxış edib. Bildirib ki, tarixə nəzər saldıqda dinimizin elmə və maarifçiliyə nə qədər əhəmiyyət verdiyinin şahidi olarıq.

Daha sonra çıxış edən valideynlər və ictimaiyyət xadimləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşzadəyə öz təşəkkürlərini bildiriblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2014  19:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!