|
• DünyadaMisirdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya ölüm hökmü verilib“Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya və təşkilatın daha 13 fəalına ölüm hökmü verilib.
Ahlibeyt.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı, qanunvericiliyə uyğun olaraq, baxılması üçün ölkənin ali dini şurasına təqdim olunub. Yekun hökmün avqustun 3-də veriləcəyi gözlənilir.
Ölüm cəzasına məhkum olunanlar arasında Məhəmməd əl Beltaqi, İsm əl Əryan və Səfuət Hiqazi də var. Onlar paytaxt Qahirədə ötən ilin iyununda baş vermiş qanlı toqquşmalarla bağlı cinayət işi üzrə təqsirli hesab olunurlar.
Qeyd edək ki,Misirdə İslam şüarları ilə hakimiyyətə gələn "Müsəlman Qardaşları" hərəkatı müxtəlif siyasi cərəyanlar arasında dialoq qura bilməməsi,ölkə iqtisadiyyatının yararsız hala salınması,bölgə ölkələrində, xüsusən Suriyada baş verən daxili toqquşmalarda terrorçu qrupların rəsmi şəkildə dəstəklənməsi nəticəsində yaranmış xaos və daxili etirazlarla hakimiyyətdən uzaqlaşdırılmışlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2014 10:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |