
Ahlibeyt.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı, qanunvericiliyə uyğun olaraq, baxılması üçün ölkənin ali dini şurasına təqdim olunub. Yekun hökmün avqustun 3-də veriləcəyi gözlənilir.
Ölüm cəzasına məhkum olunanlar arasında Məhəmməd əl Beltaqi, İsm əl Əryan və Səfuət Hiqazi də var. Onlar paytaxt Qahirədə ötən ilin iyununda baş vermiş qanlı toqquşmalarla bağlı cinayət işi üzrə təqsirli hesab olunurlar.
Qeyd edək ki,Misirdə İslam şüarları ilə hakimiyyətə gələn "Müsəlman Qardaşları" hərəkatı müxtəlif siyasi cərəyanlar arasında dialoq qura bilməməsi,ölkə iqtisadiyyatının yararsız hala salınması,bölgə ölkələrində, xüsusən Suriyada baş verən daxili toqquşmalarda terrorçu qrupların rəsmi şəkildə dəstəklənməsi nəticəsində yaranmış xaos və daxili etirazlarla hakimiyyətdən uzaqlaşdırılmışlar.