إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞID imam Hadinin (ə) məqbərəsini raketlərdən hədəfə alıb

“İraq və Şam İslam Dövləti” (İŞİD) təşkilatına məxsus təkfirçilər 10-cu imam Hadinin (ə) İraqın Samirə şəhərindəki məqbərəsini raketlərdən hədəfə alıblar.


Ahlibeyt.az-ın  SalamNews–a istinadla verdiyi xəbərə görə, atılan iki raket məqbərənin yaxınlığına düşüb və nəticədə doqquz polis nəfəri və təhlükəsizlik qüvvəsi əməkdaşları, həmçinin altı mülki şəxs yaralanıb.


İŞİD-in hücumları ölkənin digər şəhər və əyalətlərində də davam edib. Belə ki, təşkilat üzvləri Diyala əyalətinin əl-Əzim bölgəsində içərisində külli miqdarda kənd təsərrüfatı məhsulları olan anbarları yandırıblar. Yerli rəsmilər dəyən ziyanın 15 milyard dinar (milli valyuta - red.) təşkil etdiyini bildiriblər.


İraq Silahlı Qüvvələri Ali Komandanlığının təmsilçisi Qasim Əta Beyci neft emalı zavodu ərazisində gedən döyüşlərdə 40-dan artıq DAİŞ üzvünün, həmçinin əl-İshaqi bölgəsində təşkilatın liviyalı lideri Əbu-Təlhə əl-Libinin öldürüldüyünü söyləyib.


Əldə edilən digər  məlumatlara görə Mosulun şəhərində keçmişdə dövlət qulluğunda çalışan hərbçilər, polis və təhlükəsizlik əməkdaşlarının siyahıları tutularaq sorğulanır və onlara İŞİD tərəfindən xüsusi tövbə kartları paylanılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2014  11:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!