|
|
|
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtilə saat 05:03-də daxil olacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Allah yolunda infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır. (Bəqərə - 270) Bu gün Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Sentyabrın 20-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium başlayıb. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar. Sentyabrın 18-də Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamları qəbuledilməzdir. BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib.
Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib. 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ərbəin günündə 20 milyon civarında zəvvar Kərbəlaya toplaşıb. Zəvvarların bir neçə gün piyada yol qət etmələrindən sonra bu gün Kərbəlada İmam Hüseynin məzarı və onun ətrafında Ərbəin mərasimi keçirilir. “İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını feysbuk sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır. Belə ki, feysbuk sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib - Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək. |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |