|
|
"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı konfrans keçirilib - FOTOBu gün Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu fikirləri "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda Mədəniyyət naziri Anar Kərimov səsləndirib. A.Kərimov çıxış edərək hazırda Azərbaycanın Qarabağa dönüşünü, oradakı quruculuq işlərini diqqətə çatdırıb və yaradıcı sənayelərin iqtisadiyyata tövfəsi məsələsinə də toxunub: "2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb etmək, vergi güzəştlərinin göstərilməsidir". Daha sonra Milli Məclisin Komitə sədri Qənirə Paşayeva, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev və beynəlxalq ekspertlər fikir mübadiləsi aparıblar. Konfransda mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin beynəlxalq ekspertlər, qurum və təşkilatların nümayəndələri iştirak edib. Tədbir panel müzakirələrlə davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2022 13:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |