|
• DünyadaICESCO Beynəlxalq Sülh Günü ilə əlaqədar bəyanat yayıbİslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)Beynəlxalq Sülh Günü ilə əlaqədar bəyanat yayıb. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Sülh Günü ilə əlaqədar bəyanat yayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda bu il Beynəlxalq Sülh Gününün “İrqçiliyə son” devizi altında qeyd olunduğu bildirilib. ICESCO bu münasibətlə beynəlxalq ictimaiyyəti bütün dünyada sosial inkişafa və insan kapitalının yaradılmasına mane olan müharibə və silahlı münaqişələrə qarşı səfərbərliyə və həmrəyliyə çağırıb. Təşkilat qeyd edib ki, sülh və təhlükəsizliyə vurulan zərbələr, eyni zamanda, bütün dünyada ÜDM-nin təqribən 10,5 faiz azalmasına səbəb olur. Münaqişələrin kəskinləşməsi səbəbindən bütün dünyada təhsil dəstəyinə ehtiyacı olan 222 milyon uşaqdan əlavə, əksəriyyəti qadın və qızlardan ibarət 89,3 milyon insanın da öz doğma yurdlarını tərk etməsi baş verib. Bəyanatda diqqətə çatdırılır ki, ICESCO bu kontekstdə cəmiyyətlərin zorakılığın bütün formalarından qurtulması və hamı üçün davamlı sülh və sabitliyin bərqərar edilməsi naminə müxtəlif layihə və proqramlar həyata keçirməyə davam edir. Belə ki, təşkilat təhsil, sülhün təmin edilməsi və sivilizasiyaların dialoqu sahələrində gənclərin bacarıqlarını artırmaq, dini liderləri səfərbər etmək, eyni zamanda, sülhə dəstək vermək üçün müxtəlif təşəbbüslər vasitəsilə maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olan üzv ölkələrlə birlikdə müxtəlif mexanizmləri müzakirə edir. Bu məqsədlə Sülh və Təhlükəsizlik üzrə Liderlik Təlimi Proqramına start verilib, bu proqramın ilk buraxılışında 30 gənc sülh elçisi seçilib. Proqramın ikinci buraxılışından 45 ölkədən 50 iştirakçı faydalanacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2022 18:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |