|
|
Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 18 adda 21703 nüsxə dərslik göndəribAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri davam etdirir. Ahlibeyt.az xəbər verir ki, dərsliklər sentyabrın 23-də Elm və Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. Nazirlik Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022-2023-cü tədris ili üçün 18 adda 21703 nüsxə dərslik göndərib. Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 2022-ci il 21 fevral tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında həyata keçirilir. Son 5 ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2022 09:28 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |