|
|
|
10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Nigeriyanın şimal-qərbindəki məsciddə silahlı quldurlarların hücumu nəticəsində 15 nəfər həyatını itirib. Müdafiə naziri: Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib.Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupuna daxil olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri status-kvonun güc yolu ilə birtərəfli qaydada dəyişdirilməsinə qarşı birlikdə addım atacaqlarını bir daha bəyan ediblər. 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri davam etdirir. İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) baş ofisi İstanbul şəhərində yerləşəcək. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”. Qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırılacaq. Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsi ilə bağlı oktyabrın 19-da keçiriləcək elmi konfransa məqalə və tezislərin qəbulu aparılır. Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpozium sentyabrın 21-də panellərlə davam edib. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi, hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)Beynəlxalq Sülh Günü ilə əlaqədar bəyanat yayıb. |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |