|
|
MN: Azərbaycan Ordusunun hərbi qulluqçularının xəsarət alması barədə məlumatlar yalandır
Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. "Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur", - məlumatda deyilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |