|
|
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri İkinci Fəxri xiyabanı ziyarət ediblərSentyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər. Ahlibeyt.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb. Anım tədbirində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar. Anım günü ilə bağlı Azərbaycanın paytaxtında və bölgələrdəki məscidlərdə, o cümlədən Şuşa və Ağdam məscidlərində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, namazlar qılınır və dualar edilir. Vətən şəhidləri, həmçinin ölkəmizdəki kilsə və sinaqoqlarda ehtiramla anılırlar. Allah şəhidlərimizə rəhmət eləsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2022 10:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |