|
|
QUAD ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağa çağırıblarTəhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupuna daxil olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri status-kvonun güc yolu ilə birtərəfli qaydada dəyişdirilməsinə qarşı birlikdə addım atacaqlarını bir daha bəyan ediblər. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə nazirlərin Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən birgə bəyanatında bildirilib. Nazirlərin, həmçinin BMT-də islahatların aparılması ilə bağlı birgə fəaliyyət barədə razılığa gəldikləri də qeyd edilir. Bildirilir ki, nazirlər BMT-də aparılacaq islahatlar zamanı Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini də vurğulayıblar. Yaponiyanın xarici işlər nazirinin ABŞ, Avstraliya və Hindistandan olan həmkarları ilə azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində birgə fəaliyyəti davam etdirmək üçün fikir mübadiləsi apardığı da vurğulanıb. Xatırladaq ki, QUAD - Quadrilateral Security Dialogue (Təhlükəsizlik Üzrə Dördtərəfli Dialoq) dialoqu 2007-ci ildə Asiya-Sakit okean və Hind okeanı regionlarında əməkdaşlıq mexanizmini yaratmaq məqsədilə təsis edilib. 2021-ci ilin sentyabrında isə Vaşinqtonda iştirakçı ölkələrin liderlərinin ilk əyani görüşü keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2022 11:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |