
Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupuna daxil olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri status-kvonun güc yolu ilə birtərəfli qaydada dəyişdirilməsinə qarşı birlikdə addım atacaqlarını bir daha bəyan ediblər.
Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə nazirlərin Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən birgə bəyanatında bildirilib. Nazirlərin, həmçinin BMT-də islahatların aparılması ilə bağlı birgə fəaliyyət barədə razılığa gəldikləri də qeyd edilir.
Bildirilir ki, nazirlər BMT-də aparılacaq islahatlar zamanı Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini də vurğulayıblar.
Yaponiyanın xarici işlər nazirinin ABŞ, Avstraliya və Hindistandan olan həmkarları ilə azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində birgə fəaliyyəti davam etdirmək üçün fikir mübadiləsi apardığı da vurğulanıb.