|
|
|
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının “Nadir kitablar” fondunda müxtəlif dövrləri əhatə edən dəyərli nümunələr qorunur. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari il sentyabrın 12-13-də ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində Ermənistanın həlak olmuş 100-ə qədər hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir. Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində sentyabrın 21-də Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbirin keçirilməsi planlaşdırılır. Dövlət İmtahan Mərkəzi (DİM) tələbələri mühasibat uçotu və maliyyə sektorunun yeni trendləri barədə məlumatlandırmaq məqsədilə DİM və ACCA Assosiasiyasının birgə təşkil etdiyi “EY və ACCA ilə yeni üfüqlərə doğru’’ adlı tədbirə dəvət edir. Tədbir sentyabrın 15-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistana rəsmi səfəri çərçivəsində sentyabrın 12-də bir sıra tarixi-mədəni məkanlarla tanış olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov 13 sentyabr saat 2:50-də media nümayəndələrinə yaranmış vəziyyət vəziyyət barədə məlumat verib. UNESCO Afrika prioriteti proqramına, eləcə də Afrika ölkələri Milli komissiyalarının bugünkü iclasının təşkilinə göstərdiyi böyük dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürümüzü bildiririk. AMEA -nın A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseynin “1727-ci il tarixli Rəvan Livası müfəssəl təhrir dəftəri” kitabı nəşr olunub. 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ərbəin günü kimi tanınan İmam Hüseynin (ə) qırx mərasimlərinə beş gün qalıb. Ərbəin ziyarətinin yürüşləri əsasən səfər ayının 15-dən 20-ə qədər Nəcəfdən Kərbəlaya doğru həyata keçirilir. 2022-ci ilin 10 sentyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Qətər Dövləti tərəfindən sentyabrın 9-da UNESCO-nun mənzil-qərargahında yüksək səviyyəli iclas zamanı təqdim edilən Təhlükəsiz Məktəb Bəyannaməsinə dəstəyini ifadə edib. |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |