|
• Mənəviyyat • MənəviyyatDuaların qəbul olmaması səbəbi - Kumeyl duasının şərhiDuaların qəbul olmaması səbəbi Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. "Bu gün-sabah”lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı. Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, "bu gün-sabah”lardan nicat əta edəsən! Bu büdrəmələr məni nəhayət dərəcədə zərərə salıb, Səninlə görüşdən məhrum edə bilər. Bu yolunu azmış nəfsə dəva yox, Elə küfrə batıb, zərrə şəfa yox. Nə qədər olmuşsa həvəslərə qul Çətin sona yetə bu xətərli yol. İbrahim eşqindən xəbərsiz insan İnanma atəşi görə gülüstan. Nəfsini danlayan peşiman olmaz, Əhrimənə uyan Süleyman olmaz. Ya Rəbbi, kənarda sığınacaq yox, Dərgahından qeyri isti qucaq yox. "Ya Səyyidi, fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali” ("Ey mənim Ağam! İzzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə dualarımın qarşısını almasın.”) Ey mənim mehriban Allahım! Əməllərimin pisliyini və hərəkətlərimin çirkinliyini dualarımın qarşısında hicab qərar vermə! Duaların qəbul olmama səbəbi İnsan tövbə etmədiyi təqdirdə günahlar ilahi rəhmətə çatmaqda, duaların qəbul olunmasında bir maneədir. Çirkin əməl insanı dua halından məhrum edir. Hətta dua etməyə müvəffəq olsa da, bu dualar qəbul dərəcəsinə çata bilmir. Dua qapısının insanın üzünə bağlanması bəndənin Allahın hüzurundan qovulması əlamətidir. Aşiq bir arif deyir: - "Duadan məhrum olmağım onun qəbulundan məhrum olmağımdan daha pisdir.” Duanın bu hissəsində dua edən şəxs Allahı Onun izzətinə and verib belə istəyir: "Ey mənim Ağam, dualarımı Sənin hüzurunda təsirsiz edəcək pis əməl və hərəkətlərimi aradan götür. Qoy bu əməllər məndən dua gücünü almasın və mən dərgahına gəda kimi gəlim, Sən də öz rəhmətinlə dualarımı qəbul edəsən.” Bir rəvayətdə nəql olunur ki, Həzrət Əli (ə) bir neçə səhabəsi ilə birlikdə yoldan keçərkən başını divara söykəyib istəyinin qəbulu üçün Allahı Onun izzətinə and verən bir gənc görür. Həzrət (ə) buyurur: - "Bu andla bu cavanın duası hökmən qəbuldur.” Bəli, mehriban Allah duaların qarşısını alan maneələri aradan qaldırmaq gücünə malikdir. Yandırıcı odu İbrahimə iti bıçağı İsmailə təsirsiz edən Odur! "Və la təfzəhəni bixəfiyyi məttələtə ələyhi min sirri” ("Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə.”) Ardl Var... Əvvəli: http://ahlibeyt.az/news/a-11683.html "Kumeyl duasının şərhi” ( Hüseyn Ənsarian) ixtisarla Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 15:35 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |