|
• Mənəviyyat • MənəviyyatEyblərin örtülməsi - Kumeyl duasının şərhiEyblərin örtülməsi Bəndə bilməlidir ki, bütün aşkar və gizlinlərdən xəbərdar olan Allah nədənsə xəbərsiz qala bilməz. Keçmiş, bu gün və gələcək Onun qarşısında aşkardır. O, bütün gizli işlərdən xəbərdardır. Əgər günahlarımızı açsa, nə ata-anamızın, nə ailə-övladımızın, nə də xalqın gözünə baxa bilərik. Günahlar aşkarlansa, insanlar arasındakı inam və etibar itər. Bəndə duanın bu yerində eyibləri örtən Allahdan rüsvay edilməməsini istəyərək sızıldayır. Bəndə əmin olmalıdır ki, Allah-Taala tövbə edən bəndəsini rüsvay etmir. O, bəzi bəndələri haqqında buyurur: "Onlardan Özüm sorğu-sual edərəm ki, hətta rəhmət peyğəmbərimin yanında belə günahları açılmasın.” İmam Səccad (ə) "Əbu Həmzə” duasında Allahın bəzi sifətlərini belə bəyan edir: "Eyibləri örtən, günahları bağışlayan, gizlinləri bilən (Allah), günahları böyüklüyünlə örtər, cəzaları helminlə təxirə salarsan.” Bəzi bəndələr vücudlarının məhdudluğuna baxmayaraq o qədər eyiblərin üstünü örtürlər ki, onların haqqında olan dastanlar insanı heyrətə gətirir. Belə isə, vücudu nəhayətsiz və naməhdud olan Allahın eyib örtməyi görün necə ola bilər?! Yəqub peyğəmbər (ə) qardaşlarının Yusifin başına gətirdiklərini bilmək istədiyi vaxt Yusif yalnız bunu deyir: "Ey ata, Allah baş verənlərdən keçdi və göz yumdu.” ("Maidə”, 95.) "Və la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati min sui fili və isaəti və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti” ("Xəlvətdə yol verdiklərimə çirkin işlərimə günahlarıma, bəndəlikdə süstlüyümə nadanlığıma, şəhvətiminin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə”) İlahi maarifdən məlum olur ki, əgər insan möhlət verilmədən cəzalandırılsaydı, yer üzündə bir nəfər də sağ qalmazdı. Lakin Allah-Taala öz bəndələrini cəzalandırmağa tələsmir, onlara tövbə edib təmizlənmək üçün möhlət verir. Bəzən də cəza ona görə təxirə salınır ki, bu nəsildən mömin insanların vücuda gəlməsi mümkün olsun. Bəzən isə uşaqların göz yaşı, gecəni oyaq qalan aşiqlərin duaları cəzaları yubandırır. Ola bilər ki, günah əhlinin etinasızlığı bu təxirin qarşısını alsın. Amma dua, yalvarış, göz yaşı, tövbə yolu ilə cəzalar təxirə düşə bilər. Yunis qövmünün tövbə və dua vasitəsi ilə Allahın cəzasını təxirə salması deyilənlərə nümunədir. Bunu da qeyd etməliyik ki, artıq gəlib çatmış cəzanı kimsə yubada bilməz. Bəzən bu cəzalar qıtlıq, bahalıq, səma bəlaları, cəmiyyətdə biganəlik və inamsızlıq və sairə şəkillərdə də təzahür edə bilər. Mənəviyyatın pozulması şəklində gələn cəza haqqında Həzrət Peyğəmbər (s) Həzrət Əli (ə)-a belə buyurur: "Ya Əli, məndən sonra bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər və yalan şübhələri, haramları halal tanıyarlar. Məstedici içkiləri halal içki, haram malı hədiyyə sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.”("Nəhcül-Bəlağə”.) Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi əslində Allahın cəzası olaraq insani mənəviyyatın şeytani xislətə çevrilməsidir. İmam (ə) bu mövzuya toxunarkən dörd məsələni qeyd edir: 1. Təfrit (ifratın ziddi); 2. Cəhalət; 3. Şəhvət; 4. Qəflət Ardı var ... Əvvəli: http://ahlibeyt.az/news/a-11878.html "Kumeyl duasının şərhi” (ixtisarla)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2023 10:19 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 15 Sentyabr, 2022 Duaların qəbul olmaması səbəbi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |