|
• Mənəviyyat • MənəviyyatZil - Həccə ayı daxil oldu - İlk on gününün fəzilət və əməlləriHicri-qəməri tarixi ilə Zil-həccə ayını ilk gecəsidir
Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunmuşdur:
«Allah-Taala dərgahında heç bir xeyir əməl və ibadət bu on gündə (Zil-həccə ayının ilk ongünlüyündə) yerinə yetirilən xeyir əməl və ibadətlərdən sevimli deyil.»
Bu on günün özünəməxsus əməl və ibadətləri qeyd olunur.
Zil-Həccə ayına təsadüf edən tarixi hadisələr:
– Zil-həccə ayının 1-i (2-ci hicri-qəməri ilində) imam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evlənmişlər.
– Zil-həccə ayının 7-ci günü (114-cü hicri-qəməri ilində) imam Mühəmməd Baqir (ə) Mədinədə şəhid edilmişdir.
– Zil-həccə ayının 9-u “Ərəfə” günüdür.
– Zil-həccə ayının 10-u müqəddəs Qurban bayramı günüdür.
– Zil-həccə ayının 15-ci günü imam Hadinin (ə) doğum günüdür.
– Zil-həccə ayının 18-i “Qədir-Xum” bayramı və imam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür.
– Zil-həccə ayının 24-cü günü “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gündür.
ZİL-HƏCCƏ AYININ İLK ON GÜNÜNÜN ƏMƏLLƏRİ
Zil-həccə ayının ilk ongünlüyünün bəzi əməlləri bunlardan ibarətdir:
- Bu ayın ilk doqquz gününü oruc tutmağın savabı bir ömür orucun savabına bərabərdir.
- Bu on günün hamısında “məğrib”(şam) və “işa”(xiftən) namazları arasında iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra bir dəfə “İxlas” surəsini və həmçinin hacıların savablarına şərik olmaq məqsədilə “Əraf” surəsinin 142-ci ayəsini oxunmalıdır-
وَ وَاعَدْنَا مُوسَى ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَ قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ Ayənin oxunuşu: Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi-əşri fətəmmə miqatu rəbbihi ərbəinə ləyləh, və qalə Musa liəxihi Harunəxlufni fi qəvmi, və əslih və la təttəbi` səbiləl-mufsidin. Tərcüməsi: Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma». İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilh-həccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.
- İlk gündən “Ərəfə” gününün əsrinə qədər “sübh” namazından sonra və “məğrib” namazından əvvəl imam Sadiqdən (ə) nəql edilən “Əllahümmə hazihil-əyyamülləti fəzzəltəha ələl-əyyam…” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə edilir. Duanın bütöv mətni “Məfatihul-cinan” kitabının “Zil-həccə ayının əməlləri” bölümündə verilmişdir.
İlk ongünlükdə həzrət Cəbrailin (ə) Allah tərəfindən həzrət İsaya (ə) hədiyyə etdiyi duanı oxumaq da müstəhəb əməllər sırasındadır:
(1) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (2) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، اَحَداً صَمَداً لَمْ يَتَّخِذْ صاحِبَةً وَلا وَلَداً (3) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ اَحَداً صَمَداً لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ (4) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيى وَيُميتُ وَهُوَ حَىٌّ لا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (5) حَسْبِىَ اللهُ وَكَفى سَمِعَ اللهُ لِمَنْ دَعا، لَيْسَ وَرآءَ اللهِ مُنْتَهى، اَشْهَدُ للهِ بِما دَعا وَاَنَّهُ بَرىءٌ مِمَّنْ تَبَرَأَ وَاَنَّ لِلّهِ الاْخِرَةَ وَالاْولى
Oxunuşu:
“Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəttəxiz sahibətən və la vələda.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəlid və ləm yuləd və ləm yəkul-ləhu kufuvən əhəd.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə həyyun la yəmut. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.
Hasbiyəllahu və kəfa. Səmiəllahu limən dəa. Leysə vəraəllahi müntəha. Əşhədu lillahi bima dəa və ənnəhu bəriun mimmən təbərrəə və ənnə lillahil axirəti vəl-ula.”
Tərcüməsi:
“Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd-səna Ona məxsusdur. Xeyir yalnız Onun əlindədir və O, hər şeyə qadirdir.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Özünə zövcə və övlad götürməmişdir.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Doğmaz, doğulmaz və tayı-bərabəri olmaz.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd Ona məxsusdur. Dirildən və öldürəndir. O, ölməyəcək diridir, xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.
Allah mənə yetərli və kifayətdir. O, dua edəni eşidər. Allahın əhatəsindən kənar heç nə yoxdur. Şəhadət verirəm ki, Allahın dəvət etdikləri doğrudur və O, paklıq axtaranlardan daha pakdır, axirət də, dünya da Allaha məxsusdur!”
Həzrət İsadan (ə) bu beş duadan hər birinin gündə yüz dəfə oxunması üçün çoxlu savab nəql edilmişdir. Əllamə Məclisi yazır: “Hər kim bu dualardan hər birini on dəfə oxusa, hədisə əməl etmişdir. Amma gündə hər birini yüz dəfə oxusa, daha yaxşı olar.”
5. Hər gün imam Əlinin (ə) buyurduğu “La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə olunmuşdur. Bu dua da “Məfatihul-cinan” kitabının 526-cı səhifəsində verilmişdir.
İlk GÜNÜN ƏMƏLLƏRİ
1. Oruc tutmaq və onun savabı səksən ayın orucunun savabına bərabərdir.
2. Həzrət Fatimeyi-Zəhranın (s.ə.) namazını qılmaq: Bu namaz iki-iki dörd rükətdən ibarətdir, belə ki, hər rükətdə “Həmd” surəsindən sonra 50 dəfə “İxlas” surəsini oxuyursan və salamdan sonra həzrət Fatimeyi-Zəhranın (s.ə.) təsbihatını deyirsən. Namaz qurtarıb dua etdikdən sonra belə deyirsən:
سُبْحانَ ذِى الْعِزِّ الشّامِخِ الْمُنيفِ، سُبْحانَ ذِى الْجَلالِ الْباذِخِ الْعَظيمِ، سُبْحانَ ذِى الْمُلكِ الْفاخِرِ الْقَديمِ، سُبْحانَ مَنْ يَرى اَثَرَ الَّنمْلَةِ فِى الصَّفا، سُبْحانَ مَنْ يَرى وَقْعَ الطَّيْرِ فِى الْهَوآءِ، سُبْحانَ مَنْ هُوَ هَكَذا وَلا هُكَذا غَيْرُهُ .
“Subhanə zil izziş-şamixil munif. Subhanə zil cəlalil bazixil əzim. Subhanə zil mulkil faxiril qədim. Subhanə mən yəra əsərən-nəmləti fis-səfa. Subhanə mən yəra vəq’ət-təyri fil həva. Subhanə mən huvə hakəza və la hakəza ğəyruh.”
3. Zalımın şərini dəf etmək üçün həmin gün bu duanı oxumaq məsləhət görülür: “Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.” (Mənim (Səndən) istəyim və Sənin mənim vəziyyətimdən agah olmağın bəs edər...”
Qeyd edək ki,Zil-həccə ayına təsadüf edən "Ərəfə günü","Qurban bayramı" "Qədir xum" və "Mübahilə" gününün xüsusi əməl və tövsiyyələri qeyd olunur ki,olar haqda ayrəca məlumat veriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2024 20:45 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi 15 Sentyabr, 2022 Duaların qəbul olmaması səbəbi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |