|
|
BMT TŞ Azərbaycan və Ermənistan arasında tezliklə atəşkəs əldə edilməsinə çağırış edibBMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.
Rusiya BMT Təhlükəsizlik Şurasına Azərbaycanla Ermənistan arasında normallaşmada səyləri barədə məlumat verib. Ahlibeyt.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə deyib. Nebenzya qeyd edib ki, Təhlükəsizlik Şurasının Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı qapalı iclasında ölkəsi adından münaqişəyə son qoymaq üçün görülən işləri açıqlayıb. "Biz Rusiyanın həm ayrı-ayrılıqda, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq, atəşkəsə nail olmaq üçün göstərdiyi səylərdən, Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin göstərəcəyi səylərdən danışdıq", - daimi nümayəndə qeyd edib. Nebenzya vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər. Daimi nümayəndə əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycanla bağlı sənədinə prezidentlərin üçtərəfli bəyanatlarına istinadın daxil edilməsində israrlıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 11:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |