|
|
MEK kitab bağışlama aksiyasına start veribAMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2022/2023-cü tədris ilinin başlanması ərəfəsində 15 sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar kitab bağışlama aksiyasına start verib. Ahlibeyt.az AMEA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, aksiyanın ilk günündə MEK-in Mübadilə fondundan Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasına Azərbaycan və rus dillərində 50 sayda dəyərli nəşrlər hədiyyə edilib. Təqdim olunan kitablar R.Əfəndizadənin “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəli”, Ş.Fətullayev-Fiqarovun “Bakının memarlıq ensiklopediyası” və “XIX-XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq” əsərləridir. Bu əsərlərdə Azərbaycan memarlıq tarixinin mühüm səhifələri açılır, XIX əsrin sonundan başlayaraq bu günlərədək Azərbaycan memarlığının maraqlı, mürəkkəb və zəngin inkişaf yolu işıqlandırılır. Nəşrlər Bakının orijinal memarlıq abidələri ilə tanışlığa vasitədir. Qeyd edək ki, MEK bu aksiyanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Respublika İncəsənət Gimnaziyasında, Bakı Humanitar Kollecində, Şuşa Humanitar Kollecində və bir neçə musiqi məktəbində həyata keçirəcək. Xatırladaq ki, cəmiyyətdə mütaliənin təbliğinə dəstəyi artırmaq məqsədilə MEK bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 17:14 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |