|
• DünyadaDünya və ənənəvi din liderlərinin VII Qurultayı yekun bəyannamə qəbul edibDünya və ənənəvi din liderlərinin VII Qurultayı 35 maddədən ibarət yekun bəyannamə qəbul edib. Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan KİV yayıb. Bildirilib ki, bəyannaməni qurultayın bağlanışında Böyük Britaniyadan olan anqlikan kilsəsinin nümayəndəsi, Dorkinq yepiskopu Co Beyli Uells oxuyub. Bəyannamə qurultay iştirakçılarının çoxu tərəfindən qəbul edilib. Sənəd BMT Baş Assambleyasının 77-ci sessiyasında rəsmi sənəd kimi yayılacaq. Bəyannamədə din xadimləri ekstremizm, darikalizm, terrorçuluq və zorakılığın başqa formalarına qarşı çıxış etdiklərini vurğulayıblar. Sənəddə insanlıq naminə sülh və dinc yanaşı yaşamağın vacibliyi qeyd olunub. Qətnamədə vurğulanıb ki, növbəti VIII qurultay 2025-ci il sentyabrın 14-15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilməsinə razılıq veriblər. Xatırladaq ki, VII qurultayda 50 ölkədən 100-ə yaxın nümayəndə iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 14:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |