15 Sentyabr, 2022
Dünya və ənənəvi din liderlərinin VII Qurultayı yekun bəyannamə qəbul edib

Dünya və ənənəvi din liderlərinin VII Qurultayı 35 maddədən ibarət yekun bəyannamə qəbul edib.

Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan KİV yayıb.

Bildirilib ki, bəyannaməni qurultayın bağlanışında Böyük Britaniyadan olan anqlikan kilsəsinin nümayəndəsi, Dorkinq yepiskopu Co Beyli Uells oxuyub. Bəyannamə qurultay iştirakçılarının çoxu tərəfindən qəbul edilib. Sənəd BMT Baş Assambleyasının 77-ci sessiyasında rəsmi sənəd kimi yayılacaq.

Bəyannamədə din xadimləri ekstremizm, darikalizm, terrorçuluq və zorakılığın başqa formalarına qarşı çıxış etdiklərini vurğulayıblar. Sənəddə insanlıq naminə sülh və dinc yanaşı yaşamağın vacibliyi qeyd olunub.

Qətnamədə vurğulanıb ki, növbəti VIII qurultay 2025-ci il sentyabrın 14-15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilməsinə razılıq veriblər.

Xatırladaq ki, VII qurultayda 50 ölkədən 100-ə yaxın nümayəndə iştirak edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11876.html