|
|
Hacı Şahin şəhidlərin dəfn mərasimində İmam Hüseynin (ə) yad edilməsinə münasibət bildirib - VİDEO"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur". Ahlibeyt.az xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib. QMİ nümayəndəsi əlavə edib ki, İmam Hüseyn(ə) Azərbaycan xalqı üçün məzhəbindən aslı olmayaraq hər bir kəs üçün əziz bir şəxsdir və kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: "Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 16:22 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |