15 Sentyabr, 2022
Hacı Şahin şəhidlərin dəfn mərasimində İmam Hüseynin (ə) yad edilməsinə münasibət bildirib - VİDEO

"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur".

Ahlibeyt.az xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

QMİ nümayəndəsi əlavə edib ki, İmam Hüseyn(ə) Azərbaycan xalqı üçün məzhəbindən aslı olmayaraq hər bir kəs üçün əziz bir şəxsdir və kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: "Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11880.html