|
Tarix Muzeyində Qafqaz İslam Ordusuna aid ithaf olunmuş unikal nümunə saxlanılırMilli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Qafqaz İslam Ordusuna aid materialları ilə zəngindir. Muzeyin Silahlar və bayraqlar fondunda sözügedən tarixi əks etdirən dəyərli materiallardan biri öz unikallığı ilə seçilir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Milli Azərbaycan Tarix muzeyi məlumat yayıb. Təqdim olunan nümunədə ipək parça üzərində türk əsgərlərinin şəkilləri, hərbi atributları təsvir olunub. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanmışdır. Parçanın üzərində “Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar” sözləri yazılmışdır. Tərcüməsi belədir: Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı yarın (ilahi) idrak sirrinin də üzərindədir. Qeyd edək ki, bu gün, 15 sentyabr 1918-ci il tarixində Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. Bu qələbədə böyük xidmətləri olan Qafqaz İslam Ordusu Azərbaycanın şanlı dövlətçilik tarixində xüsusi iz buraxdı. 1918-ci ilin 10 iyul-1918-ci ilin 27 oktyabr tarixlərində fəaliyyətdə olan bu ordunun sıralarında Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri, ləzgilər, avarlar, kumıklar, acarlar vuruşurdu.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 16:03 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |