|
|
Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirəcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği , eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı ictimai maarifləndirmə aksiyası həyata keçirəcək. Ahlibeyt.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin məlumatında bildirilib. Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib. Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda, eləcə də təhsil müəssisələrində nümayiş etdiriləcək. Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağıırıb: Qeyd edilən link vasitəsilə elektron materialları yükləyib paylaşaraq, maarifləndirmə işinə siz də öz töhfənizi verə bilərsiniz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2022 11:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |