25 Sentyabr, 2022
Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği , eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı ictimai maarifləndirmə aksiyası həyata keçirəcək.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin məlumatında bildirilib.

Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”,  “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə  aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber  zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox!  Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib. Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda, eləcə də təhsil müəssisələrində nümayiş etdiriləcək.

Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağıırıb:

Qeyd edilən link vasitəsilə elektron materialları yükləyib paylaşaraq, maarifləndirmə işinə siz də öz töhfənizi verə bilərsiniz.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11930.html