إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nigeriyada məscidə hücumda 15 nəfər qətlə yetirilib

Nigeriyanın şimal-qərbindəki məsciddə silahlı quldurlarların hücumu nəticəsində 15 nəfər həyatını itirib.

 

Ahlibeyt.az Reuters-ə istinadən xəbər verir ki, Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətindəki bir məsciddə silahlı dəstə azı 15 nəfəri qətlə yetirib, xeyli sayda yaralıların olduğu bildirilir.

 

Silahlı hücum Ruvan Cema şəhərindəki mərkəzi məscidində cümə namazı zamanı baş verib. Hadisənin şahidləri bildiriblər ki, silahlı quldurlar motosikletlərlə birbaşa məscidə doğru irəliləyərək insanları aramsız atəşə tutublar.

Qeyd olunur ki, cari ilin avqust ayında Ruvan Cema sakinləri quldurlara 9 milyon naira (21.000 dollar), yanacaq və siqaret verdiklərini və bu adamların onları rahat buraxacağı vədi verilib.

Yerli dildə quldur kimi tanınan bu silahlı dəstələr son iki ildə Nigeriyanın şimal-qərbində dağıntılar törədib, minlərlə insanı oğurlayıb, yüzlərlə insanı qətlə yetirib və bəzi ərazilərdə səyahət etməyi təhlükəli edib.

Ordu və polis qüvvələri tərəfindən silahlı qruplara qarşı mütəmadi olaraq əməliyyatlar keçirirlər.

Qeyd edək ki, Zamfara əyalətinin qubernatoru Bello Matavalle iyunun 26-da sakinlərə terror qruplarından və quldur dəstələrindən müdafiə olunmaq üçün silahlanmağa çağırıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!