|
BMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında memorandum imzalanıbBMT-nin Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən bildirilib. Anlaşma Memorandumunu Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Mərkəzin həmsədri İsmail Seragəldin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos imzalayıblar. Sivilizasiyalar Alyansı Birləşmiş Millətlər Təşkilatının cəmiyyətlər arasında körpülər qurmaq, dialoq və anlaşmanı təşviq etmək, artan fikir ayrılıqlarının aradan qaldırılması üçün kollektiv siyasi iradə formalaşdırmaq, müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və dinlərə mənsub xalqlar arasında qarşılıqlı hörməti bərpa etmək, onları səfərbər olmağa ruhlandırmaq istiqamətində təşəbbüsləri reallaşdırmaq məqsədini həyata keçirən təşkilatdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanda yerləşən, dahi Azərbaycan şairi və müdrik Nizami Gəncəvinin irsini tərənnüm edən və dövrümüzün böyük problemlərinin mümkün həlli yollarının öyrənilməsində ali səviyyəli görkəmli şəxslərin iştirakını təşviq edən beynəlxalq qurumdur. Mərkəzin məqsədi xalqlar, mədəniyyətlər və millətlər arasında bilik, tolerantlıq, dialoq, anlaşmanı və müştərək cəmiyyətləri təşviq etməkdir.
Anlaşma Memorandumu hər iki qurumun mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, sosial inklüzivliyin təşviqi, ksenofobiya və nifrətlə mübarizə, dini yerlərin mühafizəsi üzrə Birləşmiş Millətlər Təşkilatının Fəaliyyət Planının həyata keçirilməsi, qarşılıqlı maraq doğuran iş sahələrində qabaqcıl təcrübə və biliklərin mübadiləsi, müvafiq layihə və tədbirlərin dəstəklənməsi üçün institusional əməkdaşlıq, gənclərə yönəlmiş layihə və təşəbbüslərin müəyyən edilməsi kimi istiqamətlərdə birgə əməkdaşlığa yeni təkan verəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2022 10:50 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |