|
|
Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfransa məqalə qəbul edilirAMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsi ilə bağlı oktyabrın 19-da keçiriləcək elmi konfransa məqalə və tezislərin qəbulu aparılır. Ahlibeyt.az-ın məlumatına görə, MEK-dən mətbuata verilən açıqlamada bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə tədqiqatçıların yaradıcılığının stimullaşdırılmasıdır. Konfransın mövzuları Nəsirəddin Tusinin Azərbaycan elmində yeri, riyazi və siyasi irsi, məntiqi və fəlsəfi görüşlərinə həsr edilib. Konfransda tədqiqatçılar tezis və ya məqalə ilə iştirak edə bilərlər. Məruzəçi tərəfindən ödəniş tələb olunmur. Məruzələr çıxışdan sonra çap ediləcək. Konfransda çıxış etməyən məruzəçinin məqaləsi (tezisi) çap olunmayacaq. Tezis və məqalələrin tərtibatına qoyulan tələblərlə MEK-in saytında və feysbuk səhifəsində tanış olmaq mümkündür. Tezis və məqalələr oktyabrın 10-dək mekkonfrans22@gmail.com ünvanına göndərilməlidir. Hibrid formatda təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2022 12:43 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |