إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Payız fəslinin Azərbaycan ərzisində daxil olduğu vaxta bağlı - Rəsədxanadan açıqlama

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtilə saat 05:03-də daxil olacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Ahlibeyt.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından mətbuata məlumat verilib.

Bildirilib ki, Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2022  12:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!