|
• DünyadaCeyhun Bayramov Nyu - Yorkda İƏT-in Baş katibini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıbXarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və təşkilatla çox sıx əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə ətraflı məlumat təqdim edilərək İKT tərəfindən vəziyyətlə bağlı verilmiş bəyanatın əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT ilə səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu bildirilib. Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni xüsusilə qeyd edib. O, cari ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb. Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional vəziyyət və təşkilat çərçivəsində ölkəmizlə birgə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə tədbirlər planları ətrafında fikir mübadiləsi aparılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |