|
Sədəqə Allahın qəzəbini yatırarAllah yolunda infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır. (Bəqərə - 270) Allahın Peyğəmbəri (s) buyurur: "Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar". "Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir". "Sədəqə Allahın qəzəbini yatırar". ”Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar”. İmam Əli(ə): "Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir". “Sədəqə faydalı dərmandır”. İmam Sadiq(ə) : "Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm". Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini və sədəqələrini qəbul edir. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə - 104)
Mənbə: Mizanul hikmət
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2022 11:10 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi25 İyun, 2018 "İnsan şad olmaq üçün var olub" - Haci Şahin Həsənli |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |