21 Sentyabr, 2022
Sədəqə Allahın qəzəbini yatırar
Sədəqə dünya və axirət nemətidir

Allah yolunda infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir. Zülm edənlərin isə (qiyamət günü) heç bir köməkçisi olmayacaqdır. (Bəqərə - 270)

Allahın Peyğəmbəri (s) buyurur:

"Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar".

"Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir".

"Sədəqə Allahın qəzəbini yatırar".

”Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar”.

İmam Əli(ə):

"Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir".

“Sədəqə faydalı dərmandır”.

İmam Sadiq(ə) : "Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm".

Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini və sədəqələrini qəbul edir. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə - 104)

 

Mənbə: Mizanul hikmət

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11907.html